“Sauthempton”da təcrübəsiz çoxlu gənc futbolçular var” – Keçmiş futbolçu

İngiltərə millisinin sabiq hücumçusu Teo Uolkott “Sauthempton” – “Mançester Yunayted” oyunu ilə bağlı proqnoz verib.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, eyni zamanda, “Sauthempton”da keçirdiyi zamanları xatırlayıb:

“Mən aşağı liqaya düşdüyümüz illə çox oxşarlıqlar görürəm. Təcrübəsiz çoxlu gənc futbolçular var. Zamanla təcrübə onlara kömək edəcək, amma indi qərar verməlidirlər. Onlar ya nəticə əldə etmək üçün oynayırlar, ya da, baş məşqçilərinin istədiyi kimi, topa nəzarət etməyə davam edirlər. Lakin onlar uduzsalar, bu, baş məşqçi Russell Martin üçün lazımlı təcrübə olacaq”.

Qarşılaşma iyulun 14-də keçiriləcək və saat 14:30-da başlayacaq.

Uolkottun peşəkar karyerasındakı ilk klub “Sauthempton” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button