“Çelsi”də təcili dəyişikliklər etmək lazımdır” – Şirer

İngiltərəli keçmiş hücumçu Alan Şirer İngiltərə kubokunun “Mançester Siti” – “Çelsi” (4:0) oyunu barədə danışıb.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, “zadəganlar”ın təcili dəyişikliklərə ehtiyac duyduğunu bildirib:

“Çelsi” bu gün ideal vəziyyətindən çox uzaq idi. Qarşıda onları vacib iki Premyer Liqa matçı gözləyir: “Fulhem” və “Kristal Pelas”la. Təcili dəyişikliklər etmək lazımdır.

Zədəli futbolçuların olduğunu bilirəm. Bu o demək deyil ki, digər oyunçular da yaxşı çıxış etməməlidir. Bunun üçün heç bir maneə görünmür”.

İngiltərə kubokunda mübarizəni dayandıran London təmsilçisi son 7 rəsmi oyunda 1 dəfə qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button