Təbriz klubundan baş məşqçisi ilə yeni müqavilə

Cari mövsüm İran çempionatının qalibi olan Təbrizin “Traktor” klubu baş məşqçisi Draqan Skoçiçlə müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə yeni müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Skoçiç Təbriz klubunu 2024-cü ildən çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button