
Təbriz klubu səfərdən xalsız döndü
Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Sepahan”la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlub ayrılıb – 0:1.
Təbrizin daha məşhur “Traktor” klubu isə bu gün doğma meydanda “Persepolis”lə qarşılaşacaq.
“Maşinsazi” hazırda 3 xalla 16 kollektiv arasında 6-cı, “Traktor” isə 1 xalla 10-cudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin