
Təbriz klublarından heç-heçə
Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
“Maşinsazi” səfərdə lider “Persepolis”lə qarşılaşıb və meydanı heç-heçə ilə tərk edib – 1:1.
Təbrizin daha məşhur “Traktorsazi” klubu da “Pars Jonoubi Jam” ilə ev oyunundan oxşar nəticə ilə (1:1) ayrılıb.
Mövsümün sonuna bir tur qalmış “Traktorsazi” 16 iştirakçı arasında 51 xalla 5-ci pillədə qərarlaşıb. “Maşinsazi” isə 29 xalla 13-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin