
Təbriz derbisində “Traktor” sevindi
Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, hesabat turu Cənubi Azərbaycanın elitadakı iki təmsilçisinin dueli ilə əlamətdar olub.
Təbriz derbisində “Traktor” doğma meydanda “Maşinsazi” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç “traktorçular”ın qələbəsiylə yekunlaşıb – 2:1.
Mövsümün sonuna bir tur qalmış 50 xalı olan “Traktor” 3-cü pillədə qərarlaşıbsa, “Maşinsazi” 28 xalla 14-cüdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin