ÇL: “Təbii ki, məyusuq, amma…”
“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunun “Aston Villa” ilə oyununun nəticəsi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ qarşıda çox oyun olduğunu bildirib:
“Qarşıda hələ çox oyunlar var, hər biri vacibdir. Təbii ki, biz məyusuq, amma eyni zamanda səhvlərimizdən də nəticə çıxarmalıyıq. Mövsüm təzəcə başlayıb”.
“Aston Villa” – “Bayern” matçı oktyabrın 2-də baş tutub. Komandalar “Villa Park” stadionunda (İngiltərə) qarşılaşıblar. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Münhen klubu üçün bu məğlubiyyət 2024/2025 mövsümündə ilk olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin