“Təəssüf ki, qələbə qazana bilmədik” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turunda səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçəni şərh edib.

Komanda.az xəbər verir ki, “qartallar”ın çalışdırıcısı bunları söyləyib:

“Yüksək yerlər uğrunda mübarizə aparan iki komanda oynadı. Meydanda amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. İkinci hissədə əks-hücumlardan istifadə edib ikinci qolu vura bilərdik. Amma olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. Hesab 1:1 olandan sonra da hücum edən tərəf idik. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə oyunda 1 xal da pis deyil.

Penaltiyə gəlincə, ola bilər qaydalarla penaltidir, haqlı qərardır. Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdu. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button