PFL rəsmisi: “Təəssüf ki, bu il də sponsorsuz davam edəcəyik”

Bu gün Azərbaycan kubokunun 2024/25 mövsümünün püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər ki, PFL-in Media və Marketinq üzrə direktoru Sənan Abdullayev bu il də sponsorsuz davam edəcəklərini bildirib:

“Bu mövsüm də bir çox şirkətlərlə danışıqlar gedir. Burada kiçik məqamlar var. Belə ki, tərəflər arasında müəyyən narazılıqlar var. Təəssüf ki, bu il də sponsorsuz davam edəcəyik. Amma onu da deyim ki, müəyyən təkliflər var. Nəzərdən keçiririk”.

PFL rəsmisi sonda bütün komandaları təbrik edib, uğurlar arzulayıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button