Roy Kin İtaliyanın top-klubuna keçə bilərmiş
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin vaxtı ilə İtaliya klubuna keçməyə yaxın olduğunu xatırladıb.
Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, irlandiyalı keçmiş futbolçu heç vaxt xaricdə oynamadığı üçün təəssüflənir:
“Yuventus”la razılaşdım. Müqavilə demək olar ki, yekunlaşdı və mən orada “Mançester Yunayted”dən daha çox qazanacaqdım. Baxmayaraq ki, biz müqayisə oluna bilən məbləğlərdən danışırdıq. Bu vəziyyət məni narahat etmədi. Amma mən həmişə “Yuventus”u bəyənmişəm. Təəssüf edirəm ki, heç vaxt xaricdə oynamamışam”.
Kin 1993-2006-cı illərdə “qırmızı şeytanlar”da çıxış edib və karyerasını Şotlandiyanın “Seltik” klubunda başa vurub.
Hazırda televiziya eksperti kimi çalışan keçmiş yarımmüdafiəçi “Mançester Yunayted”də 480 oyun keçirib.
Bizi Facebook-da izləyin