Təvazökar, sadə və qeyri-adi oğlan

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri klubun avrokuboklarda bombardiri olan hücumçu Çiro İmmobilenin uğurunu şərh edib.

Komanda.az xəbər verir ki, Sarri “Şturm”la oyunda (2:2) penaltidən fərqlənən İmmobile haqda belə deyib:

“Çiro çox təvazökar oğlandır. O, meydanda qeyri-adi, meydandan kənarda isə çox sadədir. Ciro bütün “Latsio” azarkeşləri üçün çox vacib bir şeyi təmsil edir”.

Avropa Liqasının 4-cü turunun “Şturm”la oyununda italiyalı hücumçu penaltini dəqiq yerinə yetirərək, romalıların heyətində avrokuboklarda 21-ci qolu vurub.

“Latsio”nun əvvəlki rekorduna avrokuboklarda 20 qol vuran Simone İnzaqi sahib olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button