“Təşəkkür edirəm, PSJ”
“Əl-Əhli”nin yarımmüdafiəçisi Yulian Draksler keçmiş klubu PSJ ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, alman futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Əziz PSJ ailəsi, ötən günlər və həftələr təlatümlü keçsə də, sonun daha yaxşı olmasını istərdim. Ümumiyyətlə, Parisdə keçirdiyim gözəl vaxtı xatırlayıram. Bu mənimlə əbədi qalacaq.
Mən kluba 2017-ci ildə gənc oğlan kimi gəldim və indi meydanda və meydandan kənarda son altı ildə çox şey öyrənmiş bir ailənin yetkin fərdi kimi ayrılıram. Buna görə hər bir işçiyə, hər bir azarkeşə, hər bir məşqçi və idman direktoruna, hər bir komanda yoldaşıma təşəkkür etmək istəyirəm. Biz birlikdə böyük titullar, fantastik qələbələr qazanmışıq, həmçinin məğlubiyyətlərə və uğursuzluqlara qalib gəlmişik. Bütün xatirələr ürəyimdə əbədi qalacaq, bütün təcrübələr məni əbədi olaraq gücləndirəcək. Təşəkkür edirəm, PSJ”.
Draksler 2017-2023-cü illərdə PSJ-də çıxış edib. O, 2022/23 mövsümündə icarə əsasında “Benfika”da forma geyinib.
Bizi Facebook-da izləyin