Tərlan Əhmədov: “Heç kimdən zəif deyilik”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Hər iki komandada gərginlik vardı, bunu əsasən də ikinci hissədə öz komandamda gördüm. Fasilədə taktiki gedişlərdə bəzi dəyişiklik etdik, bunun da bəhrəsini gördük. Yaxşı oyun göstərərək, vacib 3 xal qazandıq. Hər iki komandanın ifasında yaxşı oyun oldu. Daha istəkli, daha yaxşı oyun göstərmək istəyirik. Futbolçuları təbrik edirəm.
- Futbolçular naharda nə yemişdilər?
- Biz komandamızı sözlə motivasiya edirik. Bu motivasiyanın da əsası odu ki, biz heç kimdən zəif deyilik.
- Deyəsən, bu sxemlə ilk dəfə çıxış edirdiz.
- Həftə ərzində məşqlərə baxıb, futbolçuları analiz edirik. Artıq komandada rəqabət var. Ruslan Qurbanovun təcrübəsindən istifadə edib, hücumun sonluğunu gətirmək üçün belə üsula əl atmışdıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin