Təmkin Xəlilzadənin yeni klubu bəlli oldu – RƏSMİ

“Sabah”la yollarını ayıran Təmkin Xəlilzadənin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin də üzvü olan futbolçu “Zirə”yə keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xəlilzadə yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 2015-17-ci illər aralığında “Zirə”nin şərəfini qorumuş 28 yaşlı müdafiəçi daha əvvəl “Qarabağ”, AZAL və “Qəbələ”də çıxış edib. Xəlilzadə yığmada 22 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button