“Tələsməyə ehtiyac yoxdur” – Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 2:4 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. Üç qolu buraxmağa layiq deyildik. Heçnədən penalti verildi. “Sabah”ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdi. Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodları yaratdıq. Komandadan narazılığım yoxdur. İrəliyə baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq.
Üç xallıq sistemdə tələsmək lazım deyil. Hələ 7 oyun keçib. Oyunların çoxu qarşıdadır. Autsayderlər tam formalaşmayıb. Komanda yenidən qurulub. Onların birlikdə oynamasına ehtiyac var. Komandada hər oyunda irəliləyiş görünür. Qorxmuram, komanda düzgünyoldadır. Qısa zamanda nəticə olacaq. Tələsməyə ehtiyac yoxdur. Gənc komandayıq. Təcrübə baxımından çətinliyimiz var”.
Bizi Facebook-da izləyin