DÇ-2022: “Bu, arzuladığımız nəticə deyildi”
Portuqaliyalı yarımmüdafiəçisi Joao Mario milli komandanın DÇ-2022-nin 1/4 finalında Mərakeşə məğlub olduğu oyun haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, görüşün son saniyələrinə qədər mübarizə apardıqlarını bildirib:
“Bir daha ölkəmiz adına ən böyük futbol turnirində iştirak edərək təcrübə qazandım. Bu, arzuladığımız nəticə deyildi, amma hər şeyi dəyişmək üçün son saniyəyə qədər mübarizə apardıq. Azarkeşlərə ümid və inam verdik. Əminəm ki, ölkə olaraq uğura bir addım daha yaxın idik”.
Portuqaliya yığması DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə uduzaraq (0:1) turnirlə vidalaşıb. Yarımfinal mərhələsində Xorvatiya Argentina ilə, Mərakeş isə Fransa ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin