
Təbriz klubu yenə məğlub oldu
Futbol üzrə İran çempionatında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Mes Rafsanjan”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Cənubi Azərbaycanın daha məşhur “Traktor” klubu isə bu tur “İstiqlal”ı qəbul edəcək.
10 oyuna 16 xalı olan “Traktor” 16 kollektiv arasında 4-cü, 3 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin