
Təbriz klubu doğma meydanda əzmkar qələbəyə sevindi
Futbol üzrə İran çempionatında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Fajr Sepasi” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan əzmkar qələbə ilə ayrılıblar – 2:1.
“Traktor” 29 turdan sonra 28 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin