“Təbii ki, nəticədən narazıyıq” – “Neftçi”nin məşqçisi
“Neftçi”nin məşqçisi İqor Getman “Matç TV” turnirinin “Srvena Zvezda” ilə oyunundan (0:4) sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, 52 yaşlı mütəxəssis oyundan və nəticədən narazı qaldığını bildirib:
“İstədiyimiz alınmadı. Birinci hissədə tamamilə uğursuzluğa düçar olduq. Baş məşqçinin işini görə bilmədik. Bununla məşğul olacağıq. İkinci hissədə oyunun bir qədər bərabərləşməsi xoşuma gəldi. Müsbət məqamlar var, amma mənfi məqamlar daha çoxdur. Xüsusən də, ilk yarıda. Komandada çoxlu futbolçular var. 90 dəqiqə ərzində hamısından istifadə edə bilmədik. Təbii ki, nəticədən narazıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin