“Təəssüf ki, azarkeşləri sevindirə bilmədik” – Qriqorçuk

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın 7-ci tur oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında fanatları məmnun edə bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Təəssüf ki, azarkeşlərimizi yaxşı oyun və nəticə ilə sevindirə bilmədik. Bu, mənim üçün də xoş deyil. Amma əminəm ki, yaxşı futbol və qələbə ilə tərəfdarları sevindirəcəyik. Söz verirəm ki, bu sevinci onlara yaşadacağıq.

Yalnız bir hədəfimiz var. Qalib gəlməyəndə, adamın çoxlu sözlər deməyə dili gəlmir, indi sakit duraq. Ümid edirəm ki, futbol haqqqında danışmaq daha asan olacaq. Onu görəcəksiz. Qarşıdakı hədəfimiz odur ki, istədiyimiz futbolu tətbiq edək”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button