Arda: “Hətta Modriç də məni “Abi” çağırır”
“Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər komanda yoldaşları ilə münasibətlərindən danışıb.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, bunları deyib:
“Oyunçuların çoxu məni “Abi” adlandırır, yəni “böyük qardaş”. Təəccüblüdür ki, hətta Luka Modriç də məni belə çağırır”.
İspaniya çempionatının 33-cü turunun matçında “Real” səfərdə “Real Sosyedad”ı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Gülər vurub.
19 yaşlı yarımmüdafiəçi La Liqanın bu mövsümündə 6 oyun keçirib, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin