“Səviyyə fərqi öz sözünü dedi” – Nazim Süleymanov
“İrəvan”ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:8 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Premyer Liqa ilə 1-ci Liqa arasında səviyyə fərqi göz qabağındadır. İndiki futbol sürət futboludur. Səviyyə fərqi öz sözünü dedi. Komanda səbrli və nizamlı olmalıdır. Bizdə oyunçularla bağlı çətinliklər var. Ehtiyatda 5 oyunçu olsa da, 3 nəfəri oyuna buraxa bildik. Qapıçılarla birlikdə 17-18 oyunçumuz var. Liqada bir oyunumuz qalıb. Kubok avrokuboklara ən qısa yoldur. İnsanların arzuları var. İştah diş altındadır. Amma səviyyə öz sözünü dedi. “Araz-Naxçıvan”a uğurlar arzulayıram. Futbol səhvlər oyunudur. Kim çox səhv edirsə, o da məğlub olur. Təəssüf ki, biz çox səhv etdik. Çempionatdakı son matçdan sonra gələcəklə bağlı planlar quracağıq”.
Bizi Facebook-da izləyin