“Səudiyyə Ərəbistanında çox xoşbəxtəm” – Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanındakı həyatından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu eyni zamanda, bu mövsümün komanda üçün uğurlu keçdiyini bildirib:

“Səudiyyə Ərəbistanında çox xoşbəxtəm. Mən “Əl-Nəsr”i təmsil etdiyim üçün xoşbəxtəm və mənim üçün bu mövsüm çox yaxşı keçir. Çünki bütün turnirlərdə hələ də şanslarımız var”.

39 yaşlı hücumçu 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Bu mövsüm o, 31 oyun keçirib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button