Ərəblər milliyə yeni baş məşqçi axtarır

Səudiyyə Ərəbistanı milli komandasına yeni baş məşqçi axtarılır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən, keçən ilin avqustundan bu vəzifədə olan italiyalı çalışdırıcı Roberto Mançini vəzifəsini tərk edib.

Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi tanınmış mütəxəssis Herve Renard ola bilər. O, 2019-cu ilin iyunundan 2023-cü ilin martına kimi bu komandaya rəhbərlik edib. Onun son iş yeri avqustda tərk etdiyi Fransanın qadınlardan ibarət milli komandasıdır.

Səudiyyə Ərəbistanı millisi DÇ-2026-nın Asiya seçmə mərhələsində lider Yaponiyadan 5 xal geri qalaraq, 3-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button