“Sevilya”nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır
“Sevilya”nın yarımmüdafiəçisi Suso karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçunun transferində “Əl-Şəbab” maraqlıdır.
Maliyyə çətinlikləri olan Sevilyanın eyniadlı təmsilçisi onu satmağın əleyhinə deyil. Ərəblər bu keçid üçün 11 milyon avro ödəməyə hazırdırlar. İspanlar isə bu transferdən 18 milyon qazanmaq istəyirlər.
Suso cari mövsümdə 22 matç keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin