Ərəblərin təklifinə “yox” deyib – İtaliyalı hücumçu
“Latsio”nun hücumçusu Çiro İmmobile Roma klubunda qalacaq.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, italiyalı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Şəbab” və “Əl-Vəhda” klublarından gələn təklifləri rədd edib.
33 yaşlı hücumçu 2022/23 mövsümündə 38 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin