Səs yazısı yayıldı: “Məni öpdü və şalvarımı çıxarmağa başladı”
Braziliyalı futbolçu Dani Alveş onu zorlamada ittiham edən qızla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğunu bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Cuatro”-da yayımlanan “Codigo 10” proqramında Alveşin məhkəmədə verdiyi ifadənin səs yazısı təqdim olunub. “Barselona”nın keçmiş müdafiəçisi ifadəsində belə deyib:
“Bizi gecə klubunda altıncı masaya apardılar. Bruno (Alveşin dostu) ilə danışdım və o, ofisianta işarə etdi. Ofisiant dərhal üç qızı masamıza dəvət etdi. Əyləndik və dərhal cinsi cazibə yarandı.
Biz tualetə girəndə üz-üzəydik. Hə, o, məni öpdü və şalvarımı çıxarmağa başladı. İstəmədiyimiz bir şey olmadı. Mən ona həmişə böyük hörmətlə yanaşmışam.
Qız tualetdə məni oturtdu və cinsi əlaqədə olmağa başladı. Mən ondan iki dəfə bunu bəyənib-bəyənmədiyini soruşdum və o, “bəli” dedi”.
“Barselona”nın və Braziliya millisinin keçmiş futbolçusu ötən ilin yanvar ayından gecə klubunda qıza təcavüz etməkdə şübhəli bilinərək həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.
Bizi Facebook-da izləyin