AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri dəyişdi
Sərxan Hacıyev AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Hacıyevin özü məlumat verib.O, Elçin Məmmədovun yenidən bu posta qayıtdığını bildirib:
“Uzun müddət Lisenziyalaşdırma qrupuna Elçin müəllim rəhbərlik edib və həmin şöbədə çalışıb. O, 2017-ci ildə AÇ-2020 layihəsi ilə bağlı UEFA-dan dəvət aldı və qurumun əməkdaşı kimi çalışırdı. Layihə bitdi, artıq 1,5 aydır AFFA-ya geri dönüb və Lisenziyalaşdırma qrupunun rəhbəri vəzifəsinə təyin olunub”.
Hacıyev özünün Lisenziyalaşdırma qrupunda yer almadığını və AFFA-da baş katibin müavini kimi işinə davam edəcəyini sözlərinə əlavə edib. (Report)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin