“Sərhədçi” “Quba”ya qalib gəldi

Azərbaycan Basketbol Liqasının 6-cı turunda daha bir matç keçirilib.

Komanda.az xəbər verir ki, B qrupunda “Quba” evdə “Sərhədçi” ilə qarşılaşıb.

Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların 86:82 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün B qrupunda daha bir görüş baş tutacaq. “Naxçıvan” “Ordu” ilə üz-üzə gələcək. Bu matç Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Turun ötən gün keçirilən matçında “Sumqayıt” “Lənkəran”ı 98:94 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button