
“Sərhədçi” qanalı basketbolçu ilə müqavilə bağlayıb
“Sərhədçi” heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Bu barədə Komanda.az-a klubdan məlumat verilib.
Paytaxt təmsilçisi qanalı Maksvell Amoafo ilə anlaşıb. Onunla mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
201 sm boya malik Maksvell Amoafo son olaraq “Malta Athleta” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



