“Fənərbaxça” keçmiş futbolçusunu geri qaytarıb
“Fənərbaxça” hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” İstanbulun digər təmsilçisi “Fatih Karagümrük”dən Sərdar Dursunu icarəyə götürüb.
32 yaşlı forvard mövsümün sonuna kimi Super Liqanın liderinin heyətində çıxış edəcək.
Sərdar Dursun 2023-cü ilin yayında “Fənərbaxça”dan ayrılaraq azad agent statusu ilə “Fatih Karagümrük”ə keçib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqada meydana çıxdığı 22 matçda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin