Sərdar mövsümü erkən başa vurdu
Almaniyanın “Şalke” klubunun yarımmüdafiəçisi Suat Sərdar ciddi zədə alıb.
Komanda.az xəbər verir ki, 23 yaşlı oyunçu Bundesliqanın 27-ci turu çərçivəsində qarşılaşdıqları “Auqsburq”la matçda sıradan çıxıb.
Sol dizindən ciddi zədə alan Türkiyə əsilli alman futbolçunun mövsümü başa vurduğu bildirilir. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, o, azı 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. Onu qarşıdakı oyunlarda türkiyəli futbolçu Ozan Kabakın əvəz edəcəyi bildirilir.
Qeyd edək ki, Suat Sərdar bu mövsüm “Şalke”nin heyətində 22 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin