“Səninlə eyni komandada oynamaq çox xoş idi, qardaş”
“Barselona”nın müdafiəçisi Ronald Arauxo Serxi Robertonun klubdan ayrılmasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, uruqvaylı futbolçu sosial şəbəkədə bunu paylaşıb:
“Səninlə eyni komandada oynamaq çox xoş idi, qardaş. Sən əsl nümunəsən, örnəksən. Sənə gələcək üçün ən yaxşısını arzulayıram”.
32 yaşlı ispaniyalı futbolçu iyulun əvvəlindən azad agent statusundadır və bazar günü “Barselona” onun yer aldığı vida videosunu yayımlayaraq, oyunçunun gedişini rəsmən təsdiqləyib.
Serxi Roberto 18 ilini “Barselona”da keçirib. O, Kataloniya klubunun əsas komandasında 373 oyun keçirib, ötən mövsüm komandanın kapitanı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin