
“Şəki” “Lənkəran”ı məğlub yola saldı
Azərbaycan Basketbol Liqasında 15-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, günün sonuncu matçında “Şəki” “Lənkəran”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 81:75.
“Şəki” B qrupunda 26 xalla ikinci, qonaqlar 18 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.
15-ci turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, “Ordu” “Quba”nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, “Naxçıvan” isə “Sabah”ı 85:82 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



