“Səhvlərimizdən dərs çıxarıb, bu dəfə daha yaxşı çıxış edəcəyik” – De Byazi

“İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdəkindən fərqli olacaq”.

Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının 1-ci tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

66 yaşlı italiyalı mütəxəssis sabahkı səfər matçı üçün heyəti müəyyənləşdirdiyini söyləsə də, indi bunu açıqlaya bilməyəcəyini bildirib:

“Bunu sabah oyundan əvvəl biləcəksiz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs çıxarıb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamızın buna potensialı var.

İlk oyun çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir”.

De Byazi millinin Qazaxıstan, Slovakiya və Belarusla birlikdə yer aldığı C Liqasının 3-cü qrupu haqda da danışıb:

“Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq.

Bəzi oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir”.

İyunun 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button