“Səhvlər etdik və cəzasını da aldıq” – Milli üzvü
“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaxer UEFA Çempionlar Liqasının 1/4 finalının “Real”la qarşılaşması haqda (0:2) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü matçın onlar üçün müsbət keçdiyini söyləyib:
“Mənə elə gəlir ki, yaxşı oynadıq. Çoxlu qol şanslarımız oldu. Lakin futbolda əsas məqam şanslardan istifadə etməkdir.
Təbii ki, məyusuq. Səhvlər etdik və cəzasını da aldıq. Qarşıdakı oyunlara köklənməyə çalışırıq. Bu görüşün bizim üçün müsbət keçdiyini düşünürəm”.
İki oyunun nəticəsinə əsasən, “zadəganlar” La Liqa klubuna 0:4 hesabı ilə uduzub və turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin