“Səhvlər çoxaldıqca, rəqib bundan maksimum istifadə etdi”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva bu gün Ukrayna yığmasına qarşı keçirilmiş yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 1:5 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra bunları söyləyib:

“Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, bu dəfə həmin səhvləri etməməyə çalışdıq. Bəlkə də bunun nəticəsidir ki, birinci hissədə dünənlə müqayisədə daha yaxşı oynadıq. İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi. Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button