Şəhriyar Məmmədyarovdan qələbə
FİDE qran-prisinin 3-cü mərhələsi davam edir. Almaniyanın paytaxtı Berlində keçirilən yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, bu turda ağ fiqurlarla oynayan Məmmədyarov alman şahmatçısı Vinsent Kaymer üzərində qələbə qazanıb. Bu qələbə sayəsində Şəhriyar ABŞ şahmatçısı Perez Domingezlə birlikdə 4 oyundan 2.5 xalla zirvəni bölüşdürür.
Qrupdakı son iki oyun 27-28 mart tarixlərində, liderlərin görüşü isə növbəti turda baş tutacaq.
Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin