Şəhriyar Məmmədyarov yarımfinalda!
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində 1/4 final görüşünə çıxıb.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib.
Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Məmmədyarov yarımfinala yüksəlib. O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) – Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin