Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qaldı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirib.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ikinci yarış günündə ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gəlib.
4-cü turda Nakamuraya, 6-cı turda isə Eriqaisiyə uduzan Məmmədyarov 5-ci turda Maqsudlu ilə dueldən sülhlə ayrılıb.
Əvvəlki üç görüşündə qələbə qazanan şahmatçımız hazırda 3.5 xalla 2-3-cü yerləri bölüşdürür.
Qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin