“Səbail”dən ayrılan futbolçu Norveç klubunda
“Səbail”lə yollarını ayıran Nikolas Hagen karyerasını Norveçdə davam etdirəcək.
Komanda.az xəbər verir ki, qvatemalalı qapıçı “Ham-Kam” klubuna keçməyə yaxındır. Bu barədə Norveç mətbuatı məlumat yayıb. Hagen yeni klubu ilə müqavilə imzalamaq üçün Norveçə yola düşüb.
“Ham-Kam” Norveçin 1-ci divizionunda çıxış edir.
24 yaşlı futbolçu 2020/21 mövsümündə “Səbail”də forma geyinib. O, “dənizçilər”lə 27 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin