“Səbail”in keçmiş futbolçusu 2-ci Liqa klubunda – Rəsmi
“Şahdağ Qusar” növbəti mövsüm üçün heyətini komplektləşdirməyə davam edir.
Komanda.az xəbər verir ki, 2-ci Liqa təmsilçisi son olaraq “İmişli”nin formasını geyinmiş Ruslan Hacıyevi heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı hücumameyilli futbolçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Ruslan Hacıyev “Qarabağ”ın yetirməsidir. O, Ağdam klubu ilə yanaşı, uzun müddət “Səbail”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin