“Səbail”in futbolçusu peşman olub
“Səbail”in futbolçusu Maykl Essyen İndoneziyanın “Persib Bandunq” klubundan ayrılmağına peşman olub.
Komanda.az “bolasport.com” saytına istinadən xəbər verir ki, bu barədə “Persib Bandunq” klubunun baş məşqçisi Umuh Muxtar deyib. Muxtar, Essyenin peşmanlığının tam səbəbini açıqlamayıb. Ancaq o, qanalı futbolçuya İndoneziyada yüksək məvacib ödəndiyini qeyd edib.
Essyen 2017/18 mövsümündə “Persib Bandunq”da çıxış edib. 38 yaşlı yarımmüdafiəçi 2019-cu ilin martından “Səbail”in formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin