“Səbail”in futbolçusu karyerasını bitirdi
Hazırda “Səbail”də çıxış edən Azərbaycan millisinin keçmiş futbolçusu Şəhriyar Rəhimov karyerasını bitirmək qərarına gəlib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları buna səbəb olub.
Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümündə “Səbail”in formasını geyinib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “İnter”, “Karvan”, AZAL, “Rəvan” və “Kəpəz” klublarında da çıxış edib. Rəhimov Azərbaycan millisində 9 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin