“Səbail”in futbolçusu Fransaya qarşı 45 dəqiqə oynadı – VİDEO
Futbol üzrə Moldova yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Səbail”in futbolçusu Yevgeni Koçukun formasını geyindiyi sözügedən komanda doğma meydanda Fransa ilə qarşılaşıb.
H qrupu çərçivəsində baş tutan oyun moldovalıların məğlubiyyəti ilə başa çatıb – 1:4.
Koçuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin