“Ailəmlə birlikdə evdə olmaq istəyirəm” – “Səbail”in legioneri

“Səbail”in futbolçusu Aleksandr Rıbka Ukrayna mətbuatına açıqlama verib.

Komanda.az “dynamomania.com” saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı, koronavirus pandemiyasının Azərbaycanda yaratdığı vəziyyət haqda danışıb:

“Bu vəziyyətdə UEFA-nın qərarını gözləmək üçün 4-5 günlük istirahətə buraxılmışıq. Bundan sonra bir qərar veriləcək. Hazırda vəziyyət aydın deyil, gözləmə rejimindəyik. Məşqlərimiz dayanıb, hamımız evdəyik.

Bizə evdən çox çıxmamağı məsləhət görüblər. Vəziyyət demək olar ki, Ukrayna ilə eynidir. Bağlanacağı deyilsə də, hava limanları işləyir. Mağazalar, yanacaq doldurma məntəqələri və apteklər həmişəki rejimdə işləyir, ancaq kafe və restoranlar bağlanır.

Evdə oturmalısan, divana bağlı qalırsan. Düzdür, hamıda eyni vəziyyətdir, ümid edək ki, tez sona çatsın. Mən ailəmlə birlikdə evdə olmaq istəyirəm. Ancaq bunu necə edəcəyimi bilmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button