“Səbail”dən kapitana simvolik hədiyyə
Ötən tur “Səbail”in heyətində Premyer Liqada 100-cü oyununu keçirən Rahid Əmirquliyevə klub tərəfindən simvolik hədiyyə verilib.
Komanda.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Təcrübəli futbolçuya “Səbail”in üzərində “100” yazılmış forması təqdim olunub.
Xatırladaq ki, Rahid 2018/19 mövsümündən etibarən “Səbail”də çıxış edir. O, “dənizçilər”in heyətində sözügedən mövsümdə ölkə çempionatının bürünc mükafatçısı olub. Rahid Premyer Liqada bu komandanın heyətində 100-cü oyununu keçirən ilk futbolçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin