“Səbail”də daha bir ayrılıq
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçisi Elgün Nəbiyevlə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə tərəflər arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edildiyi diqqətə çatdırılıb. Futbolçuya azad agent statusu verilib.
“Səbail” Elgün Nəbiyevə klub kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Səbail” Nəbiyevdən öncə Arsen Ağcabəyov, Orxan Qurbanlı, Murad Qayalı, Əli Sadıxov və Baxtiyar Rəhmani ilə də vidalaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin