“Səbail” Türkiyədə hazırlığa start verdi

Yeni mövsümün hazırlığı üçün Türkiyəyə yollanan “Səbail” burada ilk məşqinə çıxıb.

Komanda.az xəbər verir ki, Ərzurumda toplanış keçəcək “Səbail” üç yoxlama matçında meydana çıxacaq. Azərbaycan klubunun rəqibləri “Ərzurumspor” (16 iyul), “Sivasspor” (19 iyul) və “Konyaspor”(21 iyul) olacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi komanda Bakıdakı hazırlıq çərçivəsində “Kəpəz”i 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button