“Səbail” legionerini komandadan kənarlaşdırdı
“Səbail” klubu futbolçusu Hendrik Ekşteyni əsas komandanın məşqlərindən kənarlaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna 29 yaşlı afrikalı yarımmüdafiəçinin nizam-intizam qaydalarını pozması səbəb olub.
Qeyd edək ki, Hendrik Ekşteyn 2019/20 mövsümünün qış fasiləsində “Səbail”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin